“Şaxta baba real deyil" dedi və işdən qovuldu

Hadisə ABŞ-ın Nyu Cersi ştatında baş verib

“Şaxta baba real deyil, deyən müəllim işdən çıxarılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatında birinci sinif uşaqlarına Şaxta babanın real olmadığını deyən müəllim işdən çıxarılıb.

Cedar Hill məktəbinin müdiri Michael Raj müəllimi uşaqların xəyal dünyasını yıxmaqda günahlandıran valideynlərə üzrxahlıq məktubu yollayıb.

Bölgədəki məktəblərdən məsul şəxs Rene Rovtar həmin müəllimin artıq orda işləməyəcəyini bildirib.

Özünün də valideyn olduğunu və uşaqların həssaslığını anladığını deyən Rovtar Tvitterdə Şaxta baba ilə çəkilmiş bir şəklinin altına “Mən inanıram” yazıb.

Pərvanə Ağazadə

AzNews.az