"Tesla" şirkətinin və "SpaceX" kosmik şirkətinin sahibi İlon Mask Los-Ancelesin altında ilk yüksəksürətli yeraltı tunelin açılışını edib. "Tesla" şirkətinin və "SpaceX" kosmik şirkətinin sahibi İlon Mask Los-Ancelesin altında ilk yüksəksürətli yeraltı tunelin açılışını edib.

ABŞ-da ilk yüksəksürətli yeraltı tunel açıldı

"Tesla" şirkətinin və "SpaceX" kosmik şirkətinin sahibi İlon Mask Los-Ancelesin altında ilk yüksəksürətli yeraltı tunelin açılışını edib.

"Reuters" xəbər verir ki, tunelin təqdimatı İ.Maskın sahibi olduğu "The Boring Company"nin rəsmi saytında canlı yayımlanıb.

Təqdimat zamanı İ.Mask bildirib ki, tuneldən sürətli keçidi məqsədi ilə avtomobillərdə irəli-geri çəkilə bilən yan təkərlər olacaq. Nümayişdə "Tesla" avtomobili göstərilib.

"Saatda 240 km/saat sürətlə hərəkət etmək mümkündür. Bu sürətdə elə bil şəhər üzrə teleport edirsən... Bütün tunellərdə piyadalar və velosiped sürənlər üçün daim avtomobillər dövriyyədə olacaq", - İlon Mask söyləyib.(report.az)

© AzNews.az