Aparat bu gecə Bakı vaxtı ilə saat 05.26-da eniş edib. Aparat bu gecə Bakı vaxtı ilə saat 05.26-da eniş edib.

Çin bunu da bacardı – Ayın görünməyən hissəsinə kosmik aparat endi

Aparat bu gecə Bakı vaxtı ilə saat 05.26-da eniş edib.

Çinin Çanye-4 kosmik aparatı tarixdə ilk dəfə olaraq Ayın görünməyən hissəsinə enib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Çinin dövlət telekanalı CCTV yayıb.

Mənbə bildirir ki, 2018-ci il dekabrın əvvəlində buraxılan aparat bu gecə Bakı vaxtı ilə saat 05.26-da eniş edib.

Çanye – Çinin Ayda yaşayan əfsanəvi tanrısının adıdır. Bu missiya çərçivəsində kosmosa buraxılan Çanye-3 aparatı isə Ayın görünən səthinə 2013-cü ildə enib.

Çin yaxın 10 il ərzində Aya ilk kosmonavtlarını göndərmək niyyətindədir.

Babək Göyüş

© AzNews.az