“Apple” bir gündə 75 milyard itirdi

Yanvarın 3-də “Apple”ın səhmləri 10% azalıb.

Şirkətin səhminin dəyəri 142,19 dollara düşüb. Nəticədə “Apple”ın kapitalizasiyası 75 milyard dollar azalaraq 687,6 milyard dollara enib.

Şirkətin səhmlərinin ucuzlaşmasına əsas səbəb “Apple”ın rəhbəri Tim Kukun investorlara ünvanlandığı məktub olub. Məktuba o, şirkətin 2019-cu ilin ilk rübündə gəlir proqnozuna yenidən nəzər yetirəcəklərini bildirib. Kuk buna səbəb kimi Ayfonun satışının inkişafda olan ölkələr, ilk növbədə isə Çində azalmasını göstərib. Beləliklə, gəlir proqnozu 89 milyard dollardan 84 milyard dollara qədər azaldılıb.

Qeyd edək ki, keçən il səhm paketini 1 trilyon dollara qaldırmağı bacaran “Apple” bunun ardınca 38%-ə qədər dəyər itirib.(axar.az)

© AzNews.az