Kiber hücuma çox sayda siyasilər, jurnalistlər, müğənni və sənətçilər məruz qalıb. Kiber hücuma çox sayda siyasilər, jurnalistlər, müğənni və sənətçilər məruz qalıb.

Almaniyada prezident və kanslerin şəxsi məlumatları ələ keçirildi - Kiber cinayət

Kiber hücuma çox sayda siyasilər, jurnalistlər, müğənni və sənətçilər məruz qalıb.

Kiber cinayətkarlar yüzlərlə alman siyasətçinin şəxsi məlumatlarını ələ keçirərək yayımlayıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, bu hadisə sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının tərkibində olan siyasətçilərə təsir etməyib.

Almaniyada aralarında prezident Frank Walter Steinmeier və kansler Angela Merkelin də olduğu yüzlərlə siyasətçinin kompüterinə kiber hücum edildiyi məlum olub.

İnternet üzərində yayımlanan məlumatlar arasında siyasətçilərin kredit kartı məlumatları, telefonları, şəxsi mesajları və şəkilləri də var.

Federal polis hadisəni təsdiq edib və bildirib ki, kiber hücumlarda Federal Məclisdə (Bundestaq) yer aalan Xristian Demokrat Birlik Partiyası (CDU), Xtistian Sosial Birlik Partiyası (CSU), Yaşıllar, Azad Demokrat Partiyası (FDP) və Sol Partiyası (Die Linke) ziyan görüb.

Almaniya üçün Alternativ (AfD) partiyasından isə heç nə oğurlanmayıb.

Alman mediasında yer alan digər məlumatlara görə, CDU və CSU-dan 405, SPD-dən 294, Yaşıllardan 105, Sol Partiyadan 82 və FDP üzvü olan 28 nəfərin şəxsi məlumatlarının ələ keçirildiyi təxmin edilir.

Kiber hücuma məruz qalanlar arasında çox sayda jurnalist, müğənni və sənətçilərin də olduğu vurğulanıb.

Səlahiyyətli şəxslər bu hücumun arxasında kimin durduğunu hələ də müəyyən etmədiklərini bildirib.

Dünən axşam saatlarında isə Almaniyanın Saksonya əyalətində yerləşən Döbeln qəsəbəsindəki AfD bürosunun qarşısında şiddətli bir partlayış meydana gəlib. Kimliyi məlum olmayan bir və ya bir neçə nəfər tərəfindən gerçəkləşdirilən hücumda AfD bürosunun pəncərələri qırılıb, binanın qarşısındakı avtomobillərə ziyan dəyib.

Hadisə şahidləri bir adamın partlayış olmadan əvvəl büro qarşısında zibil qutusuna bir əşya atdığını deyib. Chemnitz polisi hücumu təsdiq edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nigar CƏFƏR

AzNews.az

image description