Qadın idmançı oğrunu peşman etdi

UFC çempionatında yarışan braziliyalı Polyana Viana Rio-de-Janeyroda ona hücum edən oğrunu döyüb.

Bu haqda idmançı “MMA Junkie” saytına müsahibəsində bildirib.

Döyüşçü xanım öz evinin yaxınlığında taksi gözlədiyi zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq vaxtı soruşub. O cavab versə də, kişinin çıxıb getmədiyini görüb. Sonra Viana telefonuna əl atarkən oğru ona “Telefonu ver və müqavimət göstərmə, mən silahlıyam”, - deyib.

Döyüşçü rəqibi silahı çıxarmadan onu zərərsizləşdirmək qərarına gəlib. Viana oğruya bir neçə zərbə endirərək ona qarşı boğucu fənd işlədib.

Oğrunu tutub saxlayan Viana yoldan keçənlərdən polis çağırmağı xahiş edib. Asayiş keşikçiləri gələrək üz-gözü yaralı və göyərmiş qulduru aparıblar.

27 yaşlı Viana karyerasına 2013-cü ildə başlayıb. O, bu müddət ərzində 12 döyüş keçirib, bunlardan 10-da qalib gəlib və ikisində məğlub olub.(oxu.az)

© AzNews.az