Kitab tez bir zaman içində ən çox satılanlar siyahısına daxil olub. Kitab tez bir zaman içində ən çox satılanlar siyahısına daxil olub.

Bizi gündə 20 kişi ilə olmağa məcbur edirdilər - Seks köləsi bu haqda kitab yazdı

Kitab tez bir zaman içində ən çox satılanlar siyahısına daxil olub.

Özəl bir bağcada tibb bacısı kimi işləmək təklifi üçün İngiltərədən Hollandiyaya gedən tibb bacısı Sarah Forsyth xəyallarına qovuşmağı gözləyərkən bir anda həyatı qaraldı.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Amsterdama köçdüyü zaman işləyəcəyi bağçaya gedən qadının başına silah dayayaraq qaçırıblar. Qadın zorla seks köləsi edilib.

İngilis cinayətkar John Reecenin tələsinə düşən Sarah yaşadığı qorxunc günləri danışıb. Hər axşam 20 nəfərlə birlikdə olmağa məcbur edildiyini, istənilən pulu əldə etmədiyinə görə şiddətə məruz qaldığını söyləyən Sarah hələ də o günləri unutmadığını deyib.

Gənc qadın onun kimi kölə olan bir tailandlı qızın gözləri önündə öldürüldüyünü danışıb: “Tailandlı gənc bir qız var idi. Çox pul qazana bilmədiyi üçün anbara aparıb gözümün qarşısında öldürdülər”.

Sarah bu qadınların ölüm anlarının da çəkilərək ayrıca pul qazanıldığını deyib: "O qızın üzü mənim gözümdən düşmür, hələ də o anları xatırlayanda kabus görürəm".

1997-ci ildə Sarah seks köləliyindən qaçıb, dəstə isə polis tərəfindən yaxalanıb.

Gənc qadın həyatı haqda "Qul qız" adlı kitab yazıb. Kitab tez bir zaman içində ən çox satılanlar siyahısına daxil olub.

AzNews.az

image description image description image description image description image description image description image description