Qocalmanı yavaşladan məhsul tapıldı

Ağ göbələklər antioksidləşdiricilərin qiymətli mənbəyidir.

ABŞ-da alimlər qocalma prosesini yavaşladan məhsul tapıblar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ağ göbələkdir.

Onun tərkibində erqotionein və qlutation kimi vacib antioksidantlar var.

Araşdırmaya əsasən, qidanın orqanizmdə oksidləşməsi vaxtı qocalma prosesini sürətləndirən aktiv molekullar yaranır. Bu həmçinin, ürək, onkoloji və Alsqeymer kimi xəstəliklərin yaranmasına səbəb olur.

Antioksidantlar isə bunun qarşısını alır.

Ağ göbələklər antioksidləşdiricilərin qiymətli mənbəyidir. Bundan başqa, onların tərkibində vitamin D və immuniteti gücləndirən selen mineralı var. Antioksidantlar digər göbələklərdə də var. Lakin ağ göbələklərdə daha yüksəkdir.

Fəridə Abdulla

AzNews.az