"İlk növbədə ipoteka borcunu bağlayacağıq". "İlk növbədə ipoteka borcunu bağlayacağıq".

Təsadüfən aldığı lotoreya biletindən 500 milyon qazandı

"İlk növbədə ipoteka borcunu bağlayacağıq".

“Rus lotosu”ndan 500 milyon rublluq (12 milyon 700 min manat) uduşu qazanan şəxsin sahibi məlum oldu.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uduşun sahibi Yekaterinburqdan olan 35 yaşlı sürücü Nikolay Miroşniçenko olub. O, uduşu götürməyə tramvay sürücü kimi çalışan həyat yoldaşı Oksana ilə gəlib.

“Bu uduş bizim həyatımızı dəyişəcək. Amma hələ də multimilyoner olmağın nə demək olduğunu anlamırıq. İlk növbədə ipoteka borcunu bağlayacağıq, qohumlara kömək edəcəyik və xeyriyyəçilik haqqında düşünəcəyik. Xaricə səyahətə getməyi çox istəyirik, çünki mən heç vaxt xaricdə olmamışam.

Bileti isə bu yay təsadüfən almışıq. Hətta az qala bilet barədə unutmuşduq da. Buna görə də lotoreyanı udduğumuzdan 2 həftə sonra xəbərimiz olub”, - Nikolay belə deyib.

Xatırladaq ki, yanvarın 1-də keçirilən “Rus lotosu”da 1 milyard rubl (25 milyon 400 min) oynanılıb. Uduşun yarısı Sankt-Peterburq sakininə nəsib olub.

Fəridə Abdulla

AzNews.az