1.4 milyonluq kolleksiya oğurlandı

"Bu kolleksiya mənim uşağım idi"

ABŞ-ın Florida ştatında Betmenə aid 450 komiks oğurlanıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kolleksiyanın qiyməti 1.4 milyon dollar (2.3 milyon manat) dəyərində qiymətləndirilir.

Kolleksiyanın sahibi Rendi Lourensdir. Onun sözlərinə görə, komikslərin olduğu qutunu onu qaraja gətirərkən fəhlə görüb. Ola bilsin ki, o, qaraja damdan düşərək oğurlayıb.

"Bu kolleksiya mənim uşağım idi. Onu yığmaq üçün illərimi sərf etmişəm. Ona görə də bu itki mənə böyük zərbədir", - Rendi belə deyib.

Fəridə Abdulla
AzNews.az