Xəzinə 80 il zirzəmidə qalıb. Xəzinə 80 il zirzəmidə qalıb.

Stalin dövründə itirilmiş xəzinə tapıldı - FOTO

Xəzinə 80 il zirzəmidə qalıb.

Daşkəndin mərkəzində tarixi binalardan birinin zirzəmisində 80 il əvvəl itirilmiş xəzinə aşkar edilib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistanın Milli Universitetinin alimləri Daşkənd sarayındakı knyaz Romanova aid kolleksiyadan olan eksponatlar tapıblar. Həmin kolleksiyada Stalin repressiyasına uğramış rus ordusunun general-mayoru Jurabek, Avropa və Sankt-Peterburqdan olan mühacirlərə aid əşyalar var. Bütün bunlar zirzəmidə saxlanılıb.

Həmin əşyaların arasında XIX əsrdə qızıldan hazırlanmış Avstriya mikroskopu, müxtəlif sikkələr, 8 kq-a yaxın qızıl külçələr, XVIII-XIX əsrə aid imperator sarayından qızılla bəzədilmiş kitablar, Amerika quşlarına aid 150 min dollarlıq kitab var. Həmçinin, tapılan xəzinədə Özbək xanlığına aid sənədlər və əlyazmalar belə aşkar edilib.

Xəzinənin dəyəri bir milyon dollardan çoxdur.

Fəridə Abdulla

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description