"Bu aparat asanlıqla radarlardan yayınmaq imkanına malikdir". "Bu aparat asanlıqla radarlardan yayınmaq imkanına malikdir".

Çinin bu pilotsuz təyyarəsi ABŞ-ı şoka saldı - VİDEO

"Bu aparat asanlıqla radarlardan yayınmaq imkanına malikdir".

Çinin mərkəzi televiziyası hesab edilən CCTV "Sky Hawk" adlı pilotsuz təyyarənin uçuşu haqda kadrları yayımlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Çin mütəxəssislərinin fikrincə, bu təyyarə öz texniki göstəricilərinə görə ABŞ-ın "MQ-25 Stingray" təyyarəsini üstələyir.

Pilotsuz uçan aparatın baş dizayneri Ma Xonjon Thepaper.cn saytına müsahibəsi zamanı deyib ki, təyyarə hərbi əməliyyatlarda əsas zərbə mövqeyinə çıxa biləcək: "Bu aparat asanlıqla radarlardan yayınmaq və ən yüksək hündürlüyə qalxmaq imkanına malikdir".

Xonjon bu aparatı ABŞ-ın "Predator" və "Reaper" pilotsuz təyyarələri ilə müqayisə edərək vurğulayıb ki, rəsmi Pekinin istehsal etdiyi təyyarənin ümumiyyətlə quyruq hissəsi yoxdur.

Youtube abunəçiləri isə bu videoya baxdıqdan sonra bildiriblər ki, Çinin pilotsuz təyyarəsi Böyük Britaniyanın "Taranis" aparatının eynisidir.

Babək Göyüş

AzNews.az

image description