İngiltərədə bir qadın yorğanı ilə evlənir - "onu çox sevirəm"

“Yorğanım hər zaman yanımda oldu".

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, 49 yaşlı qadın rəssam Pascale Sellick yorğanı ilə evlənməyə qərar verib.

O, buna səbəb kimi “Yorğanımla yaşadığım indiyə qədər yaşadığım ən səmimi və sadiq münasibətdir” deyib.

Rəssam yaxınlarını 10 fevralda baş tutacaq toyuna dəvət edərək “Yorğanım hər zaman yanımda oldu. Onu o qədər çox sevirəm ki, insanları bu vacib münasibətə şahid olmaq üçün çağırıram” deyib.

Sellick toyunda gecə paltarı və böyük ev başmaqları geyinəcəyini bildirib.

Nigar CƏFƏR

AzNews.az

image description image description