Tasman buzlağından nəhəng buz parçaları qopub

"16 ildə Antarktika qitəsində ərimə ortalama 280% artıb"

Yeni Zellandiyada yerləşən Tasman buzlağından nəhəng buz parçalarının qopduğu bildirilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aoraki/Cook Dağı Milli Parkında Tasman buzlağından qopan böyük parçalar 1970-ci illərdə ərimə nəticəsində yaranan gölün dörddə birini doldurub.

Bölgəyə rəhbərlik edən Çarli Hobs verdiyi açıqlamada gölün ətrafında göydələn böyüklüyündə buz parçalarının olduğunu deyib.

Yeni zellandiyalı buzlaq alimi Heather Purdie Tasman buzlağının son bir neçə ildir qlobal istiləşməyə görə kiçildiyini bildirib.

Bu ilin əvvəllərində aparılan araşdırmaya görə 16 ildə Cənub yarımkürəsinin Antarktika qitəsində ərimə ortalama 280% artıb.

Pərvanə Ağazadə
AzNews.az