- Rusiya və İran
- 12:42
- 1 067
Şimali Koreya əsgərləri Moskvada Qələbə Paradında iştirak edib
Koreya Xalq Ordusunun hərbçiləri Moskvada 81-ci Qələbə ildönümü münasibətilə keçirilən paradda Qırmızı Meydandan keçiblər.
Paradda həmçinin Rusiya Silahlı Qüvvələrinin bütün qoşun növlərinə aid hərbi təhsil müəssisələrinin kursantları da iştirak edib. Mayın 9-da keçirilən paradı Rusiyanın müdafiə naziri Andrey Belousov qəbul edib, parada isə quru qoşunlarının baş komandanı Andrey Mordviçev rəhbərlik edib. Parad iştirakçılarını Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə təbrik edib.
Tədbirdə bir sıra xarici ölkə liderləri də iştirak edib. Onların sırasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Abxaziya lideri Badra Qunba, Laos Prezidenti Thonqlun Sisulit, Malayziyanın ali hökmdarı Sultan İbrahim, Cənubi Osetiya Prezidenti Alan Qaqloyev, Slovakiyanın Baş naziri Robert Fiko, həmçinin Bosniya və Herseqovinanın Serb Respublikasının nümayəndələri də yer alıblar.