Necə gözəl ola bilərik? - Diqqətlə oxuyun

Gözəl görünmənin ən yaxşı yolu təbii və rahat olmaqdan keçir

Necə gözəl olmaq olar? Gözəl olmaq üçün çox düzgün bir vücuda sahib olmaq məcburiyyətində deyilsən. Nə qədər çox kilolu olmanın və ya dərinin necə olması önəmli deyil.

Gözəl görünmənin ən yaxşı yolu təbii və rahat olmaqdan keçir. Başını dik tut, çiyinlərini geriyə doğru düzəlt və gülümsəməni də əskik etmə, onda özünü daha yaxşı hiss edəcəksən. Gülümsəmək sənin havanı dəyişdirəcək, sənə baxanları da xoşbəxt edəcək.

Əgər təbii gözəlliyini ortaya çıxarmaq istəyirsənsə, sənə bir neçə ipucu verə bilərik:

Yuxu rejimini düzəlt

Yuxunu tam almağın, vücudunun yenilənməsinə kömək edəcək. Səhər özünü daha xoşbəxt və gümrah hiss edəcəksən.

Bol su içdiyindən əmin ol

Balıq, tərəvəz, meyvə, paxlalı bitkilər kimi sağlam qidalar istifadə etməyə çalışın. Bütün bunlar cildin işıldamasına kömək edəcək.

Cildini qoru və diqqət et

Cildinizin təmiz olması önəmlidir. Toniklə silinmək cildi rahatlacaqdır. Nəmləndiricini unutma və nəmləndiricinin ən azı 15 faktor qoruma faktorlu olmasına diqqət et. Həftədə 3 dəfədən çox üz təmizləmə fırçası istifadə etmə, əsas da qara nöqtələrə meyllisənsə, dərinə ziyan etmiş olarsan.

Dırnaqların və barmaqların baxımı olduqca önəmlidir

Gördüyün “French” tipli manikürləri etmək düşündüyün qədər də çətin deyil. Bunu özün də edə bilərsən.

Saçlarının təmizliyinə riayət et

Sağlam və parlaq saçlar istəyirsənsə, doğru şampunu istifadə etməyin vacibdir.

Makiyaj etdikdə həddən çox etmə

Həfif ənlik, dodaq boyası səni daha təbii göstərəcək.

Səidə Vahid

AzNews.az