Uzun ömrün xüsusi sirri mövcud deyil Uzun ömrün xüsusi sirri mövcud deyil

ABŞ-ın 109 yaşlı sakini: Uzunömürlülüyün sirri yoxdur - VİDEO

Uzun ömrün xüsusi sirri mövcud deyil

Bu gün 109 yaşını qeyd edən ABŞ-ın Şimal Karolina sakini Anni UilsonKHOU 11-ə müsahibəsində uzunömürlülüyündən danışıb.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, o, bu yaşa qədər yaşamaq üçün xüsusi olaraq heç nə etmədiyini bildirib.

A.Uilsonun sözlərinə görə, uzun ömrün xüsusi sirri mövcud deyil.

"Çox insan məndən bu barədə soruşur və xüsusi olaraq heç nə etmirəm. Mən, sadəcə, yaşayıram", - deyə A.Uilson qeyd edib.

Bununla yanaşı, uzunömürlü qadının özünəməxsus ənənəsi var: hər cümə günü bir qədəh şərab içir. O, bu dəfə də özünün 109 illiyində ənənəsinə sadiq qalıb. (Report)