- Maraq dairəsi
- 10 İyul 2019 12:48
- 3 870
Özbəkistanda kitaba abidə qoyuldu
Mərasimdə kitabın gənc nəslin tərbiyəsindəki müstəsna əhəmiyyətindən danışılıb
Özbəkistanın Karşi Dövlət Universitetinin qarşısında kitaba abidə qoyulub.
Bununla bağlı keçirilən mərasimdə kitabın gənc nəslin tərbiyəsindəki müstəsna əhəmiyyətindən danışılıb.
Monumentdə böyük özbək şairləri Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Abdulla Aripov, həmçinin Əbu Əli ibn Sina, Şərəf Rəşidov, o cümlədən dünya ədəbiyyatının tanınmış nümayəndələri Balzak, Şekspir və Puşkinin simvolik kitabları əks olunub.(AZƏRTAC)
AzNews.az