- Maraq dairəsi
- 23 İyul 2019 12:40
- 3 063
Avstraliya alimləri süni beyin yaradırlar
Süni intellektin əsasında yaranan bu sistem daha da inkişaf etdiriləcək
Avstraliyanın Melburn Kral Texnologiya Universitetinin alimləri beynin bioloji funksiyalarını təqlid edən mikroçip - süni beyin yaradıblar.
Meddaily.ru saytı xəbər verir ki, yeni texnologiyanın əsasında optogenetika (prosesə işıq təsirinin köməyilə nəzarət etmək qabiliyyəti) dayanır. Mikroçip elektrik müqavimətinin müsbətdən mənfiyə doğru dəyişilməsi üçün işıq dalğalarından istifadə edir və bu da sinir əlaqələrinin formalaşmasına və qırılmasına səbəb olur. Süni intellektin əsasında yaranan bu sistem daha da inkişaf etdiriləcək.(AZƏRTAC)
AzNews.az