Arının məhv edilməsi planlaşdırılır Arının məhv edilməsi planlaşdırılır

Türk arısı İngiltərəni bir-birinə qatdı

Arının məhv edilməsi planlaşdırılır

Türkiyə tətilindən qayıdan ingilis ailənin yanında gələn "türk arısı" ölkəni təşvişə salıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə ilə Bristola gələn türk arısının bölgədəki digər arı növlərinə təhdid olduğu düşünülür.

Mənbə bildirir ki, Türkiyə və İranda yaşayan “Osmia Avoste” növlü bu arı İngiltərədəki digər növləri yox edə biləcək bir virus daşıyıcısı ola bilər.

Ailə səlahiyyətlilərə xəbər verib. Arının müəyyənləşdirilib məhv edilməsi planlaşdırılır.

Qeyd edək ki, səlahiyyətlilər dünyada arı ölümlərinin artması səbəbi ilə ingilis xalqından sözügedən canlılarla bağlı qeyri-adi hal olduqda xəbər verməklərini istəyib.

Mehri QURBANOVA

AzNews.az