Sənəd hoteldə unudulub Sənəd hoteldə unudulub

Müğənninin pasportu satılır - özünün xəbəri olmadan

Sənəd hoteldə unudulub

Rusiyanın tanınmış müğənnisi Valeri Leontyevin pasportu satılır.

Az.News.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müğənninin “Pribaltiyskaya” hotelində unutduğu sənədi Sankt-Peterburq sakini elan saytlarının birində 100 min rubla (2,7 min AZN) satışa çıxarıb.

Bildirilir ki, hazırda fəaliyyət müddəti bitmiş sənədi indiki sahibi başqa bir şəxsdən 20 il əvvəl alıb.

Müğənninin pasportunu əldə etmək istəyənlərin sayı günü-günə artsa da, onu satmaq hələ mümkün olmur. Belə ki, çoxları qiyməti endirməyi xahiş edir. Digər tərəfdən, potensial alıcıların əksəriyyəti Moskvada yaşayır, sənədin sahibi isə onu nə poçtla yollamaq, nə də paytaxta getmək istəyir.

Qeyd edək ki, 1949-cu ildə Komidə (Rusiya) anadan olan V. Leontyev artıq 40 ildir ki, səhnədədir.

Nigar Orucova

Az.News.az