Balığı necə bişirək ki, xeyirini görək

Balıq yorğunluq, halsızlıq problemini ortadan qaldırır və rahat yuxu yatmağa səbəb olur

Hamımıza məlumdur ki, balıq çox xeyirli bir qidadır. Mövsumu olan bu qidanın xüsusi bişirilmə üsulu var ki, sağlamlığımıza təsiri güclü olur.

AzNews.az xarici mətbuata istinadən məlumat verir ki, balıqlar qızartma və ya buğlama üsulu ilə bişirilməli, həftədə 2-3 dəfə yeyilməlidir.

Balıq şorbasına vurulan ədviyyatlara süd, kəpəkli un qatılarsa, tərkibindəki tərəvəz daha xeyirli olacaqdır.

Somon balığı tərkibindəki selenium sayəsində həzm sistemini qoruyur və qrip, soyuqdəymə kimi xəstəlikləri aradan qaldırır.

Yüksək omega-3 yağ turşusu və B vitaminləri ilə zəngin olan ton balığı, zehnən və ruhən insana rahatlıq verir. Yorğunluq, halsızlıq problemini ortadan qaldırır və rahat yuxu yatmağa səbəb olur.

A və D vitaminləri ilə zəngin olan hamsi ürək və damar xəstəliklərinə qarşı qoruyucudur. Hamsi yod baxımından da zəngindir və beyin sağlığı üçün olduqca faydalıdır. Ancaq hamsını qızartmadan, buğlama kimi bişirməlisiniz.

Səidə Vahid

AzNews.az