Bəzən meyvə-tərəvəzləri təmizlik məqsədilə sabunla, ya da qab pastası ilə yuyurlar Bəzən meyvə-tərəvəzləri təmizlik məqsədilə sabunla, ya da qab pastası ilə yuyurlar

Hansı qida məhsullarını istifadədən öncə yumaq lazımdır, hansıları deyil? - Həkim məsləhəti

Bəzən meyvə-tərəvəzləri təmizlik məqsədilə sabunla, ya da qab pastası ilə yuyurlar

Bizim hamımıza uşaqlıqdan bir qanun kimi yeyəcəyimiz və ya yemək hazırlamaq üçün tələb olunan qidaları mütləq yumaq lazım olduğu öyrədilib və bu qayda fərqi yoxdur, istər ət məhsulları, istər meyvə-tərəvəzlər üçün eyni olub.

Bəs görəsən bu nə dərəcədə doğrudur?

Bu sualın cavabını AzNews.az-a açıqlamasında həkim Xuraman Rəcəbova verib:

Elmi araşdırmalarla sübut olunub ki, bütün qidaları yumaq vacib deyil. Yeməkdən öncə yuyulması vacib olan qidalar və yuyulması vacib olmayan qida məhsulları vardır.

Hansı qidaları mütləq yumaq lazımdır?

Meyvə və tərəvəzlər yeməkdən öncə mütləq adi soyuq su ilə 30 saniyədən az olmamaq şərtilə yuyulmalıdır.

Göyərtilər mütləq yuyulmadan əvvəl 10-15 dəqiqə suda saxlanılmalıdır və sonra yuyulmalıdır.

Dənli və paxlalı bitkilər (qarabaşaq, düyü, bulqur, noxud, mərcimək, lobya və s.) mütləq axar soyuq su ilə yuyulmalıdır.

Quru meyvələri istifadə etmədən öncə mütləq yumaq lazımdır. Əvvəlcə axar soyuq suda yumaq, sonra isə qaynadılmış ilıq suda 15-20 dəqiqə saxlamaq lazımdır.

Konservləşdirilmiş məhsulları istifadə etmədən əvvəl üzərini mütləq normal su ilə yumaq lazmdır ki, açarkən bankaların üstündəki bakteriyalar içərisinə yayılmasın.

Göbələk istifadədən öncə mütləq yaxşıca yuyulmalıdır.

Marketdən açıq şəkildə alınan çərəz ləpəsini (qoz,fındıq,badam ləpəsi və s.) yemədən öncə mütləq yumaq lazımdır ki, üzərindəki çirk, toz və mikroorqanizmlər təmizlənsin.

Bəzən meyvə-tərəvəzləri təmizlik məqsədilə sabunla ya da qab pastası ilə yuyurlar. Bu, düzgün deyil, çünki həmin kimyəvi vasitə meyvə-tərəvəzin üzərindən tam yuyulmaya bilər və yedikdən sonra zəhərlənmə yarada bilər. Sadəcə axar soyuq suda 30 saniyədən az olmamaq şərtilə və diqqətli yumaq bəs edir.

Hansı qidaları yumaq vacib deyil?

Ət məhsulları (toyuq, mal, qoyun,balıq əti) və yumurta.

Hamı bütün ət məhsullarını (toyuq, mal əti, qoyun əti, balıq) hazırlamadan öncə su ilə yuyarkən bakteriyalardan təmizləndiyini düşünür. Burada 2 halla qarşılaşırıq. Əgər ət ev şəraitində, yəni həyətdə özünüz təmizlik qaydalarına əməl edərək kəsilibsə, bu cür əti yumaq vacib deyil. Çünki elmi araşdırmalara görə, ABŞ kənd təsərrüfatı nazirliyinin də əldə etdiyi nəticələrə əsasən sübut olunub ki, ət və ət məhsullarını bişirmədən öncə soyuq suda yumaq vacib deyil. Çünki soyuq su ilə əti yumaq onu zərərli mikroorqanizmlərdən təmizləmir, əksinə onların çoxalma riski artır,ona görə suda qaynatmaq daha məsləhətlidir.Yüksək temperaturda suda qaynayarkən istənilən ət növündə olan zərərli mikroorqanizmlər məhv olur. Əgər ət (mal, qoyun, toyuq əti, balıq) mağazadan alınıbsa, onda mütləq əvvəlcə axar suda yumaq, sonra isə yüksək temperaturda suda qaynatmaq lazımdır ki, bakteriyalar məhv olsun.

Bəzi xanımlar yumurtaları da bişirmədən əvvəl yuyurlar. Bunu hər zaman etmək lazım deyil. Belə ki, yumurtaların üzərinə quşçuluq fabriklərində onları zərərli patogen mikrofloradan qorumaq üçün xüsusi maddələr vurulur. Biz onları evdə yuyarkən həmin maddə yuyulur və zərərli mikroorqanizmlərin yumurtanın içərisinə düşmə riski artır. Ona görə də yumurtanı yumaq lazım deyil. Xüsusilə də marketdən alınan yumurtaları yuyub evdə soyuducuya yığaraq uzun müddət saxlamaq düzgün deyil. Bəzi istisna hallarda əgər yumurta şəxsi həyətdəki toyuqlardan alınıbsa və təcili bişirmək lazımdırsa, onda yumaq olar. Bu cür yumurtaları belə yuyub uzun müddətə soyuducuda saxlamaq məsləhət deyil.

Səidə Vahid

AzNews.az

image description image description image description image description