“Qualcomm Snapdragon 855” olan “Pixel 4” həm standart, həm də XL versiyada olacaq “Qualcomm Snapdragon 855” olan “Pixel 4” həm standart, həm də XL versiyada olacaq

Bu gün Google yeni smartfonunu təqdim edəcək - CANLI İZLƏ

“Qualcomm Snapdragon 855” olan “Pixel 4” həm standart, həm də XL versiyada olacaq

“Google” şirkəti “Pixel” adlı smartfonun 4-cü nəslini bu gün təqdim edərək telefonun funksionallığı ilə son günlərdə bazarda satış payını artıran markalara meydan oxuyacağı təxmin edilir.

“Pixel 4” “P-OLED” ekrana və 5.7 inch (83.8 cm2) ekran ölçüsünə sahib olan “Google” smartfonlarının yaddaş tutumları 6GB/64GB və 6GB/128GB olacaq.

Mediaya sızan məlumata görə, “Qualcomm Snapdragon 855” olan “Pixel 4” həm standart, həm də XL versiyada olacaq. Dəqiq olan xüsusiyyətlərdən biri "admiral gəminin" Android 10 əməliyyat sistemi ilə təmin edilməsilə yanaşı həm də “Motion Sense” və “Face Unlock” özəlliklərinin olmasıdır. Belə ki, bu özəlliklər sayəsində telefona gələn zəngləri və zəngli saatı idarə etmək, hansısa media fayllarını dəyişmək mümkün olacaq.

“Google” “Pixel 4” smartfonunun təqdimat videosunda bu özəlliklər də verilib. Təqdimat videosunu izləmək üçün linkə keçid edə bilərsiniz: “Google” “Pixel 4” təqdimat videosunu izlə

“Google” “Pixel 4” smartfonunun batareya gücü 2800 mAh, “Pixel 4 XL”də isə 3800 mAh olacağı və 5G şəbəkəsini dəstəkləyəcəyi bildirilir.

18:00-da başlayacaq təqdimatda “Pixel 4” ilə yanaşı “Google” şirkətinin digər məhsullarının da təqdim ediləcəyi gözlənilir.

Qeyd olunan linkə keçid edərək “Google” “Pixel 4” və digər “Google” məhsullarının təqdimatını canlı izləyə bilərsiniz: “Google” yeni məhsul təqdimatını canlı izlə (marja)

AzNews.az