Ronaldunun “Instagram” qazancı, Yuventusdakı maaşını keçdi

Onun Yuventusdan qazandığı illik gəlirin 34 milyon dollar olduğu bildirilib

Kristianu Ronaldu 187 milyon izləyicisi olan “Instagram” hesabı sayəsində milyonlar qazanır. Yuventusdan illik 34 milyon avro qazanan Ronaldu “Instagram”da aldığı sponsorluqlarla futboldan qazandığından daha artıq gəlir əldə edir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Instagram”da ən çox izləyicisi olan Ronaldu, bu sosial şəbəkədən əldə edilən gəlirlə də Messi və Kayli Cenneri üstələyib.

Hopper HQ” şirkətinin etdiyi araşdırmaya görə, Ronaldunun “Instagram”dan qazandığı illik gəlir 47,8 milyon dollardır. Onun Yuventusdan qazandığı illik gəlirin isə 34 milyon dollar olduğu bildirilib.

Şirkətlər Ronalduya təkcə “Instagram” sponsorluğu üçün minimum 1 milyon dollar ödəyir. Portuqaliyalı ulduzun reklam üzü olduğu markalardan bəziləri “Clear Haircare”, “Nike Football” və “Six Pad Europe” kimi böyük şirkətlərdir.

Səidə Vahid

AzNews.az

image description image description