"Dəfələrlə izlədiyi “Yaralı Üz” (Scarface) filminin təsiri altında idi" "Dəfələrlə izlədiyi “Yaralı Üz” (Scarface) filminin təsiri altında idi"

Nüsrətin işçilərindən ŞOK İTTİHAMLAR: Mafioz olduğunu düşünür

"Dəfələrlə izlədiyi “Yaralı Üz” (Scarface) filminin təsiri altında idi"

Duz səpmə hərəkəti ilə məşhurlaşan Nüsrət Gökçe Nyu-Yorkdakı restoranında işləyən dörd nəfərlə məhkəməlik olub.

AzNews.az xəbər verir ki, Manhattan şəhərində "Nüsr-et Steykhaus"un dörd əməkdaşı Nüsrət Gökçeni məhkəməyə verib.

İşçilərin iddialarına görə, buna səbəb Nüsretin pullarını əllərindən alması, mobbinq tətbiq etməsi və onları haqsız yerə işdən çıxarması olub.

ABŞ məhkəməsi iddiaçılara 236 min 870 dollar (təxminən 1 milyon 361 min türk lirəsi) məbləğində kompensasiya ödənməsinə qərar verib.

Nyu-Yorkun “Daily News” qəzeti Nüsrət Gökçeni məhkəməyə verən həmin şəxslərlə danışıb. Onların iddiaları bu cürdür:

“Nüsrət Nyu-Yorkdakı filialından gündə 130 min dollar (750 min lirə) qazanır. Bizə əmək haqqı və bəxşişlər də daxil olmaqla həftədə 2 min dollar (11 500 lirə ) ödəyirdi. Amma o pulun nə qədərinin bəxşiş olduğunu gizlədirdi. Biz soruşanda da cavab vermirdi.

Bizə diktator kimi davranırdı. “Mənim adım Nüsrətdir. Mən nə desəm, siz onu edəcəksiniz” deyib, üstümüzə qışqırırdı. Dəfələrlə izlədiyi “Yaralı Üz” (Scarface) filminin təsiri altında idi. Özünün həmin filmdəki Toni Montana olduğunu düşünürdü. Ətrafda o əda ilə gəzirdi”.

Pərvanə

AzNews.az