Ac və evsiz qaldığı üçün bilərəkdən həbsə girdi

Onun həbsxanada nə qədər qalacağı ilə hələlik bəlli deyil

Hindistanın Tamilnad ştatında bir nəfər polisə iki dəfə yalançı zəng etdiyi üçün həbs olunub.

Buna səbəb kişinin ac və kasıb olmasıdır.

İki dəfə evlənmiş, amma hər iki arvadından ayrılmış “telefon terroristi” bundan sonra depressiyaya düşüb və işdən qovulub.

Bundan sonra həm evsiz, həm də işsiz qalan sözügedən şəxs qərar alıb ki, bir bəhanə ilə həbsxanaya düşsün və az da olsa yemək və sığınacaq tapa bilsin.

O, oğurladığı telefondan iki dəfə polisə zəng edərək müxtəlif binalarda bomba olduğunu deyib. Polislər tezliklə şəxsin yerini tapıblar və həbs ediblər.

Onun həbsxanada nə qədər qalacağı ilə hələlik bəlli deyil.(oxu.az)

AzNews.az