Klubun rəhbərliyi tələbədən üzr istəyib Klubun rəhbərliyi tələbədən üzr istəyib

Sənin kimi kök qıza heç kim təcavüz etməz - Gecə klubunda biabırçı olay

Klubun rəhbərliyi tələbədən üzr istəyib

İngiltərədə gecə klublarının birinin təhlükəsizlik işçiləri 19 yaşlı qızı təhqir edib.

AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Mançester şəhərində “42 Street” gecə klubunda qeydə alınıb.

Belə ki, Çar Bous adlı tələbə gecə klubuna daxil olmaq istəyib. İşçilər onun içəriyə girməsinə mane olub, bir taksi ilə evə qayıtmalı olduğunu deyiblər.

Ç. Bous evə qayıtmaqdan qorxduğunu bildirəndə klubun işçiləri ağlı başında olan heç kimin ona təcavüz etməyəcəyini deyib.

“Dörd işçidən birindən içəri girməyimə kömək etməsini istədim. Beləliklə dostlarımı tapa bilərdim. Onlar mənə taksi tutub, getməli olduğumu, heç kimin mənim kimi kök və çirkin qıza təcavüz etməyəcəyini, bundan narahat olmamalı olduğumu dedilər”, - deyə Ç. Bous özünün feysbuk səhifəsində yazıb.

Hadisədən gecə klubunun rəhbərliyi xəbərdar olub və feysbuk səhifələrindən açıqlama yayıb.

Açıqlamada rəhbərlik həmin şəxsin işdən çıxarıldığını qeyd edib və 19 yaşlı tələbədən üzr istəyib.

“Araşdırma apardıqdan sonra bu şəxsin iş keyfiyyətinin standartlarımızın altında olduğunu anladıq. Həmin şəxs işdən azad edildi.

Bu adamın davranışlarından mənfi təsirlənən hər kəsdən üzr istəyirik”, - deyə açıqlamada bildirilib.

Pərvanə

AzNews.az