Sosial media istifadəçilərindən bəziləri bunu "intellektual faciə" adlandırıb Sosial media istifadəçilərindən bəziləri bunu "intellektual faciə" adlandırıb

Divara yapışdırılmış banan əsəri şok qiymətə satıldı - FOTO

Sosial media istifadəçilərindən bəziləri bunu "intellektual faciə" adlandırıb

ABŞ-ın Florida ştatında "Art Basel" sənət festivalı keçirilib.

AzNews.az "Euronews"a istinadən xəbər verir ki, festival çərçivəsində Mauritsio Kattelan tərəfindən hazırlanan post-modern əsər ilk gündən satılıb.

Əsər süpermarketdən alınan bir banandan ibarət olub. 15 santimetr uzunluğunda yapışqan bantla ağ divara bərkidilən əsər 120 min dollara satılıb.

Sosial media istifadəçilərindən bəziləri bunu "intellektual faciə", bəziləri isə "ən bahalı banan" olaraq adlandırıb.

Pərvanə

AzNews.az