4 yaşlı uşağa xəstəxanada otaq tapılmadı - gecə döşəmədə yatdı FOTO

Uşağın anası vəziyyəti böhran olaraq adlandırıb

İngiltərədə dörd yaşlı uşaq xəstəxanada boş yataq olmadığı üçün saatlarla döşəmədə yatıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qərbi Yorkşayr bölgəsində qeydə alınıb.

Cek Vilment-Bar adlı uşaq təcili yardımla Lids xəstəxanasına aparılıb. Orada yataq olmadığı üçün Cek döşəmədə bir neçə gödəkçənin üzərində oksigen maskası ilə yatmalı olub.

Uşağın anası Sara Vilment vəziyyəti böhran olaraq adlandırıb.

“Cek Qəza və Təcili Yardım xidmətində 8 saat yarım qaldı...13 saat yarımdan sonra onu qalmaq üçün yataqla təmin etmədilər”, - deyə ana bildirib.

Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok yorulmadan çalışan xəstəxana işçilərinə təşəkkür edib.

Əlavə edib ki, 40 yeni xəstəxananın inşası üçün 600 milyon funt sterlinq vəsait ayrılıb.

Ekspertlər keçən həftə həmin klinikaya müraciət edən 20 xəstədən bir neçəsinin yataqla təmin olunmaq üçün 12 saat gözlədiyini deyib.

Pərvanə

AzNews.az