Əlavə opsiyalar kompüterin qiymətini dəfələrlə qaldıracaq Əlavə opsiyalar kompüterin qiymətini dəfələrlə qaldıracaq

“Apple” yeni “Mac Pro”ların satışına başladı – 50 min dollarlıq kompüterlər gəlir

Əlavə opsiyalar kompüterin qiymətini dəfələrlə qaldıracaq

“Apple” şirkəti dekabrın 10-da yeni “Mac Pro” kompüterlərinin satışını açıq elan edib. 8 nüvəli prosessoru, 32 GB operativ yaddaşı, 256 GB-lıq SSD-toplayıcı və “Radeon Pro 580X” videokartı olan ilkin konfiqurasiyalı kompüter 5999 dollara satışa çıxarılıb.

AzNews.az “Bloomberg”ə istinadən xəbər verir ki, əlavə opsiyalar kompüterin qiymətini dəfələrlə qaldıracaq. Məsələn, operativ yaddaşın 1,5 TB-a qədər qaldırılması 25 min dollara başa gələcək. Kompüter maksimal komlektasiyada isə 52 min dollardan baha satıla bilər.

“Apple”, həmçinin “Retina 6K” monitorunun da satışına başlayıb. HDR ilə dəstəklənən 32 düymlük monitor 4999 dollara satışa çıxarılıb. Onun altlığı isə 999 dollaradır.