Bu titula 16 yaşlı qız layiq görülüb Bu titula 16 yaşlı qız layiq görülüb

"Time" jurnalı 2019-cu ilin adamının adını açıqladı

Bu titula 16 yaşlı qız layiq görülüb

"Time" jurnalı 2019-cu ilin adamının adını açıqlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, jurnal bu ada dünya iqlim dəyişikliyi hərəkatının başında gedənlərdən biri olan 16 yaşlı isveçli aktivist Qreta Tunberqi layiq görüb.

Bununla o, titulun ən gənc laureatı olub.

"Time" jurnalının baş redaktoru Edvard Felsental məsələ ilə bağlı bildirib ki, Qreta Tunberq bu il planetin üzləşdiyi ən böyük problemin ən yüksək səsinə çevrilib.

Qeyd edək ki, jurnal hər il özünün sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir. Bu nominasiya 1927-ci ildən etibarən verilir. İlk dəfə isə bu ada Atlantik okeanını keçmiş təyyarəçi Çarlz Lindberq layiq görülüb.

Xatırladaq ki, Q.Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

Pərvanə

AzNews.az