“Pampers”, “Tefal”, “Rexona” “Pampers”, “Tefal”, “Rexona”

Məhsulları niyə öz adları ilə ifadə etmirik? - “Dilimizə düşən” brendlər

“Pampers”, “Tefal”, “Rexona”

Yeni məhsullar istehsal edən digər brendlər olsa da, müəyyən markalar var ki, onların adı alıcılar tərəfindən elə ilk brendin adı kimi səsləndirilir. “Dilimizə düşən” bu brendlər “yansılama effekti” adlanır. “Yansılama effekti” anlayışı bazarda bir məhsulun digər bütün məhsullara təsir etməsi, hətta onların adlarını unutdurması deməkdir.

AzNews.az bu qəbildən olan bir neçə məhsulu təqdim edir:

- Bu gün lüğətimizdə də var olan “pampers” sözü “Procter & Gamble” şirkətinin yaratdığı brendin adıdır. Hazırda buna rəqib firma olan “Molfix”in uşaq bezlərini alsaq belə, nəticə etibarı ilə “pampers” aldığımızı deyirik.

- Elektron qəfədanı “Tefal” markasından deyil, başqa bir şirkətdən alsaq belə, yenə də onu “Tefal” adlandıran insanlar heç də az deyil. Həmçinin tavalar da bu siyahıya daxildir ki, istənilən şirkətdən alınan tava xanımlarımızın dilində “Tefal” olaraq səslənir.

- Tərləmə əleyhinə gündəlik olaraq istifadə etdiyimiz müxtəlif növ dezodorant olsa da, alıcılar tərəfindən bütün firmalar onların əzəli rəqibi olan “Rexona” adlandırılır.

Bunların isə yalnız bir səbəbi var – bu brendlərə məxsus məhsullar bazara daha öncə çıxıb və daha tez brendləşib. Məsələn, “Procter & Gamble” şirkəti ilk dəfə uşaq bezləri istehsal edəndə bu işi görən başqa bir şirkət olmayıb.

Ləman Hüseynzadə