Dünyanın ən böyük aysberqi dağıldı

A-68 aysberqi 175 kv sahəyə malik hissədən məhrum olub

Dünyanın Antarktida sahillərində yerləşən ən böyük aysberq dağılmağa başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Suonsi Universitetinin tədqiqatçılarına istinadən “BBC News” bildirib.

Qeyd edilir ki, A-68 aysberqi 175 kv sahəyə malik hissədən məhrum olub. Bu, onun əriməsinin başlanğıcına dəlalət edir.

Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. Həmin vaxt onun sahəsi 5,8 min kvadrat metr təşkil edirdi. Bu, Lüksemburqun sahəsindən iki dəfə böyük ərazidir.

A-68 aysberqinin bir hissəsinin qopması buzlağın sahəsinin 12 faizinin azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, alimlər qlobal istiləşmə ilə əlaqədar aysberqlərin bir qisminin əriyəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində dünya okeanı səviyyəsinin qalxmasına, quru ərazilərin, o cümlədən materiklərin sahillərinin, habelə adaların su altında qalmasına səbəb olacaq.