Məsələyə “TikTok” nümayəndəsi münasibət bildirib Məsələyə “TikTok” nümayəndəsi münasibət bildirib

E-ticarət nəhəngi işçilərinə "TikTok"u qadağan etdi

Məsələyə “TikTok” nümayəndəsi münasibət bildirib

Elektron ticarət nəhəngi olan “Amazon” işçilərinə “TikTok”dan istifadə etməyə imkan verməyəcək.

AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, şirkət bununla bağlı bütün işçilərinə onlayn xəbərdarlıq göndərib.

E-ticarət nəhəngi iyulun 10-dan etibarən "Amazon"un elektron poçtuna giriş imkanı olan mobil qurğulardan tətbiqin silinməyini istəyib. Bununla yanaşı işçilərin “Amazon”un noutbuk brauzerləri vasitəsilə “TikTok”dan istifadə edə biləcəyi qeyd olunub.

Şirkət buna səbəb kimi təhlükəsizlik məsələlərini göstərib.

Məsələ ilə bağlı “TikTok” nümayəndəsi “Daily Mail”ə elektron məktub göndərib.

"İstifadəçi təhlükəsizliyi “TikTok” üçün böyük əhəmiyyət kəsb edir. Biz istifadəçilərimizin gizliliyinə hörmət edirik. “Amazon”un işçilərinə xəbərdarlıq etməzdən əvvəl bizə müraciət etməməsinə və onların problemlərinin nə olduğunu hələ də başa düşməməyimizə baxmayaraq, cəmiyyətimizdə iştiraklarını davam etdirmək üçün dialoqa və problemlərini həll etməyə hazırıq”, - nümayəndə bildirib.

Pərvanə