"TikTok"un rəhbəri vəzifədən gedib

Kevin Mayer

Çinin “TikTok” sosial şəbəkəsinin rəhbəri Kevin Mayer vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məlumata görə, qərar ABŞ hökuməti ilə bağlı gərginlik səbəbi ilə qəbul edilib.

K.Mayer rəhbər vəzifəsinə bir neçə ay əvvəl təyin olunmuşdu.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “TikTok”u ölkənin milli təhlükəsizliyinə təhdid olaraq gördüyünü dəfələrlə açıqlayıb. Tramp administrasiyası sosial şəbəkənin ABŞ-dakı əməliyyatlarının Çindən satın alınmasını, əks təqdirdə ölkə daxilində fəaliyyətinin dayandırılmasını tələb edib.

AzNews.az