"Instagram"da gözlənilən yenilik

Yeniliklərdən biri də "Watch Together", yəni birlikdə izləmə ilə bağlıdır

"Instagram" sosial şəbəkəsi tərəfindən bloq yazısı vasitəsilə bir müddət öncə təqdim edilən yeniliklər istifadəçilərin ixtiyarına verilib.

AzNews.az xəbər verir ki, yeniliklərdən biri də "Watch Together", yəni birlikdə izləmə ilə bağlıdır. Funksiya vasitəsilə izləyicilərlə görüntülü söhbət üzərindən eyni anda IGTV, Reels, film və trend videoları izləmək mümkündür.

Bunun üçün İnstaqram, Messenger yaxud Messenger Roomsda görüntülü söhbətə başlamaq, daha sonra görüntünün sağ aşağı küncündəki media ikonuna daxil olmaq lazımdır. Buradakı variantlardan birini seçərək izləmək mümkündür.