Həkimə getdi, itirdiyi qulaqlığı "tapdı" Həkimə getdi, itirdiyi qulaqlığı "tapdı"

Yuxuda qulaqlığı uddu

Həkimə getdi, itirdiyi qulaqlığı "tapdı"

ABŞ-da yaşayan Bredford Qotye, səhər yuxudan oyananda boğazında quruluq və sinə ağrısı hiss edib. O, soyuqladığını düşünsə də, həqiqət tamam başqa idi.

Məlumdur ki, simsiz qulaqlıqlar kabellərə ehtiyac olmadan istifadə olunur. İstifadəçilər bu qulaqlıqları smartfonlara və ya digər Bluetooth effektli cihazlara qoşa bilirlər. Simsiz qulaqlığın üstünlüklərinin olması mübahisəsiz bir həqiqətdir. Ancaq bu qulaqlıqlar asanlıqla itə bilir. "Simsiz qulaqlıqlarımdan birini harada isə qoymuşam" və ya "simsiz qulaqlıqlarımdan birini itirdim" kimi ifadələri tez-tez eşidirik. Ancaq simsiz qulaqlığını tapa bilməyən Bredford Qotye başına gələn çox qeyri-adidir.

Belə ki, ABŞ vətəndaşı B.Qotye Facebook hesabındakı yazısında yaşadığı maraqlı hekayəni anladıb. Qotye yazır ki, bir səhər o, bir stəkan su içməyə çalışsa da, suyun boğazından enmədiyini hiss edib və suyu tüpürməyə məcbur olub. Öncə soyuqladığını düşünüb, sonra isə yuxuya getməzdən əvvəl istifadə etdiyi simsiz qulaqlığı tapa bilmədiyi yadına düşüb. Və qulaqlığı uda biləcəyi fikri ağlını gəmirməyə başlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcili yardım xəstəxanasına gedən amerikalı orada həqiqəti öyrənib. Onun düşündüyü doğru idi. Çəkilən rentgen şəklində Qotye itirdiyi qulaqlığının birini öz boğazında tapıb. Qida borusundakı qulaqlıq dərhal endoskopik əməliyyatla çıxarılıb.

Onun qulaqlığı necə udduğu isə hələ məlum deyil. Qotye qulaqlığının batareyası bitdiyindən bədənindən hər hansı səs eşitmədiyini də söyləyib.

AzNews.az