Pandemiyanın başlanğıcından dünyada koronavirusa 110,9 milyondan çox yoluxma qeydə alınıb Pandemiyanın başlanğıcından dünyada koronavirusa 110,9 milyondan çox yoluxma qeydə alınıb

Koronavirusun ən təhlükəli ştammı hansıdır? - Alimlər açıqladı

Pandemiyanın başlanğıcından dünyada koronavirusa 110,9 milyondan çox yoluxma qeydə alınıb

Alimlər koronavirusun yeni ştamının aşkar olunması haqqında bildiriblər.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını ifadə ediblər.

Onlar həmçinin vurğulayıblar ki, ştamın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.

Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştamı aşkarlanıb.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa 110,9 milyondan çox yoluxma qeydə alınıb, 85,8 milyondan çox pasiyent sağalıb, virusa yoluxmuş 2,4 milyondan çox insan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.