Ana 4 illik mübarizədə qanuna məğlub olub Ana 4 illik mübarizədə qanuna məğlub olub

64 yaşında ana olan qadından əkizləri alındı

Ana 4 illik mübarizədə qanuna məğlub olub

İspaniyada 64 yaşında əkiz körpələr dünyaya gətirən qadın məhkəmədə məğlub olub. 4 ildir davam edən məhkəmənin sonunda əkiz körpələr anadan alınıb.
2017-ci ildə İspaniyanın Burgos şəhərində süni mayalanma yoluyla əkiz uşaqlar dünyaya gətirən Mauricia Ibanezin uşaqlara baxa bilmədiyi iddia olunub. Hazırda 69 yaşı olan ana uşaqlarını əldən verməmək üçün 4 ildir ki, mücadilə edirdi. Ancaq sonda o, qanuna təslim olub.

AzNews.az xarici KIV-ə istinadən xəbər verir ki, İspaniyadakı Sosial Xidmətlər Departamenti qrupları tərəfindən aparılan araşdırmalara görə, ananın yaşı və ya ruhi sağlamlığında heç bir problem olmayıb. Ana doğumdan sonra uşaqlara 24 saat fasiləsiz qulluq göstərə biləcək köməkçi işə götürəcəyi barədə bir sənəd də imzalayıb. Buna baxmayaraq, uşaqlar himayədar ailəyə verilib.

Burgos Sosial Xidmətlər sözçüsü yerli mətbuata verdiyi açıqlamada, körpələr doğulduqdan sonra onların evlərinə mütəxəssis qrupu təyin edildiyini deyib. Komandanın hesabatlarında körpələrin qayğıya ehtiyaclarının olduğu ifadə edilib. Buna görə də bir müddət qoruyucu ailələrin yanında olmalıdırlar ”.

Sosial xidmətlər sözçüsü bir müddət sonra ana və körpələrin yenidən birləşməsinin mümkün olduğunu söyləyib.

İspan mediasına danışan Ibanez, "Yaşım üçün qətiyyən narahat deyiləm. Yaşım var, amma hamilə qalmağım mümkün idi. Elm və tibb biz yaşlı insanlara sahib olduğumuz son fürsəti verir" deyib. O, əlavə edib: "Uşaqlarımın əlimdən alınmasından narahatam. Onlar çox kiçik və həssasdırlar, kövrəkdirlər. Mən onlar üçün qorxuram. Allahdan diləyirəm ki, sosial xidmətlərin əllərinə keçməsinlər”.

AzNews.az