"Kabab sağlam yeməkdir” "Kabab sağlam yeməkdir”

Boris Conson kababı sevir

"Kabab sağlam yeməkdir”

İngiltərənin baş naziri, piylənməyə qarşı mübarizə aparan Boris Conson radio verilişlərinin birində maraqlı açıqlaması ilə diqqət çəkib.

Xarici KİV bildirir ki, baş nazir iştirak etdiyi proqramda “ən çox hansı yeməyi sevirsiniz“ sualına zarafatla belə cavab verib: “Məncə, kabab. Kabab sağlam yeməkdir”.

Bir müddət bundan əvvəl Boris Consonun artıq çəkisinə qarşı mübarizə aparması ingilis mediasının gündəminə gəlmişdi. 56 yaşlı baş nazir öz “Twitter” hesabında bununla bağlı paylaşım etmişdi:

“Əslində arıqlamaq və özümü daha sağlam hiss etmək üçün əlimdən gələn çox şeyi edirəm. Yəni, daha az karbohidrat yeməklərindən istifadə edir, şokoladdan yan qaçır, gecələr pendir yemirəm. Hər gün qaçmaq üçün erkən saatlarda qalxıram. Nəticədə gördüyünüz kimi bir az arıqlamışam. İndi özümü daha enerjili hiss edirəm. Mənim vəziyyətimdə olub, arıqlamaq istəyən bir çox insanın olduğunu bilirəm”.