Koronavirusa qarşı silah elə bədənimizdədir - Qlütation nədir?

Bu maddə COVİD-19-la mübarizədə önəm daşıyır

Koronavirusun ağırlaşmasını və ölüm təhlükəsini azalda bilən, orqanizmi virusun təsirindən xilas edən daxili, təbii bir mexanizma insan orqanizminin icində var. Buna Glutasion deyilir.

İmmuniteti tənzimləyən və gücləndirən Glutation – Glutasionun nədir?

Aznews.az xəbər verir ki, türk uzman həkim Hulya Şirzai insanın ən güclü daxili silahı olan, orqanizmin hüceyrələrinin qorunma mexanizmi Glütasion barədə açıqlama verib.

“Qlütasion – reaktiv oksigen molekullarını və sərbəst radikalları bədəndə yox edən, çox güclü antioksidant təsirli 3 amin turşudan ibarət proteindir. Tibbi adı qlutamil sisteinil qlisindir.

Bədəndə bütün canlı hüceyrələrdə bir miqdar qlütasion mütləq vardır. Lakin zamanla insanlarda pis qidalanma, toksinlər, dərmanlar, stress, travmalar, qocalma, infeksiyalar, radiasiya səbəbindən hüceyrələrdə təbiətdən olan qlütasionu azaldır.

Bədənin ana antioksidantlı hesab edilən qlütasion C, E vitaminləri, alfa lipolik, Q10-un mənimsənilməsini artırır. Bədəndə detoks, təmizləmə effekti verir, ağır metalları, dərman qalıqlarını, duzu, toksinləri, zəhərləri çıxarır.

T hüceyrələr, ağ qan hüceyrələrinin hücum və müdafiə qabiliyyətini artırır. Bu da koronavirusla mübarizə üçün vacibdir.

Xərçəng xəstələrində kimyaterapiyanın zərərlərini azaldır.

Menstruasiya pozulması, hormonal xəstəliklər, depressiya, nevroz, iltihab xəstəlikləri, yuxusuzluq, cinsi zəiflik, piylənmə - bunlar hamısı hüceyrələrdə qlütasionun azalmasından qaynaqlanır."

Bədənində qlütasion əskikliyi olan insanlarda hansı əlamətlər olur?

- Nevroloji xəstəliklər yaranır – Parkinson, Asgeymer, demensiya

- Ağciyər xəstəlikləri

- Autoimmun proseslər, zob

- Kardiovaksulyar, damar xəstəlikləri

- Tez qocalma

Qlütasionu necə artırmalı?