Minlərlə yəhudinin xilasına səbəb olan “K" sindromu nədir?

Bu sindrom yəhudiləri soyqırımından necə xilas etdi?

Tarix boyu müharibələr insanlıq üçün böyük bəlalara səbəb olub. Birinci Dünya müharibəsinin yaratdığı fəlakətlər bitmədən İkinci Dünya müharibəsinin başlaması bəşəriyyət üçün amansız hadisələrlə nəticələnib.

Adolf Hitlerin hakimiyyəti altındakı nasistlər bəşəriyyət tarixinə damğasını vuran yəhudi soyqırıma imza atdılar.

1943-1944-cü illər arasında nasistlərin Romanı işğal etməsi ilə İtalyan yəhudiləri sürgün edilir və əsir düşərgələrinə göndərilirdi.

16 oktyabr 1943-cü ildə Romada Tiber yaxınlığında bir yəhudi gettosuna basqın edilir. Roma ətrafındakı basqınlarda 1200 Yəhudi güllələnir. Bu qırğından yalnız 15 nəfər xilas olur. Gettodan qaçan yəhudilər Romadakı Fatebenefratelli xəstəxanasına sığınırlar.

Xəstəxana sığınacaq axtaranların üzünə qapılarını açaraq onları qoruma altına alır.

Doktor Giovanni Borromeo və həkim dostları xəstəxanaya sığınan yəhudiləri bir şəkildə qorumaq istəyirdilər. Xəstəxanaya sığınan yəhudilərdə karantin altında saxlanılması lazım olan və xarici əlaqə qurulmaması vacib olan çox ciddi bir uydurma xəstəlik yaradılır. Xəstəliyin adı tarixə “K "sindromu”olaraq girir.

Xəstəliyin simptomları vərəmin simptomları ilə demək olar ki, eyni idi. Bu xəstəliyin daşıyıcılarının tamamilə təcrid olunmuş və steril qalmaları vacib olduğu deyilirdi.

Əslində mövcud olmayan bu xəstəlik uzun illər nasistlər üçün həqiqi və təhlükəli sayılırdı.Onlar “K" sindromlu yəhudilərə yaxınlaşmaqdan qorxurdular. Bir müddət sonra xəstəxananın yəhudilərə yaxın olması nasist əsgərlərin diqqətini çəkir, ora basqın edirlər. Ancaq həkimlər və xəstələr artıq bu basqına hazır idilər. Tibbi sənədlərdə bütün yəhudilər "K"sindromundan əziyyət çəkdiyi göstərilirdi. Xəstələr həqiqətən bir vərəm xəstəsi kimi öskürürdülər. Həkimlər yəhudilərə öskürmələrini və halsız olmalarını söyləmişdi.

Bu uydurma xəstəlik çox sayda yəhudinin həyatının xilas olmasına səbəb olmuşdu. Doktor Ossicini bu xəstəliyin dövrün nasist komandiri Albert Kesselringin və Romanın nazi şefi Herbert Kapplerin adını aldığını deyib. İşğal dövründə "K" Sindromu yəhudilər arasında şifrə halına gəlmişdi.

21 iyun 2016-cı il tarixində xəstəxanaya sığınan yəhudilərin iştirakı ilə mərasim keçirilir. Mərasimdə yəhudilərin həyatını xilas edən xəstəxanaya "Həyat Evi" mükafatı verilir.

Şəbnəm Zahir