"Instagram” sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir "Instagram” sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir

"Instagram" bu məlumatı təqdim etməyənlərin profilini bağlayacaq

"Instagram” sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir

AzNews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bugünlərdə şirkət şəbəkə ilə bağlı daha bir yeniliyə imza atıb.

Bundan sonra “Instagram”a daxil olmaq üçün doğum tarixinin qeyd olunması məcburi olacaq. Lazımi məlumatı bölüşməyənlərin isə profili bağlanacaq.

Həmçinin, şəbəkə süni intellekt vasitəsilə verilən məlumatların həqiqiliyini də yoxlayacaq.

Şirkətdən verilən məlumata görə, bu tələb azyaşlıların uyğunsuz reklam və kontentdən qorunması məqsədi daşıyır.