Botokslu dəvələr gözəllik müsabiqəsindən kənarlaşdırıldı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dəvə gözəllik yarışmasında sərt qaydalar tətbiq edilib

AzNews.az xəbər verir ki, botoks və əzələ gücləndirici dərman vasitələri verilmiş 40-dan çox dəvə gözəllik müsabiqələrindən kənarlaşdırılıb.

Bildirilib ki, festivaldan öncə dəvələrə plastik əməliyyat edən, botoks iynələri vuran və onların qulaqlarının həcminin azalması iddiası ilə bir baytar da saxlanılıb.

Qeyd edək ki, dəvə gözəllik müsabiqəsi 2000-ci ildən bəri keçirilir. Səudiyyə hakimiyyət orqanları bu festivala çox əhəmiyyət verir.

Şəbnəm Zahir