- Maraq dairəsi
- 12 Aprel 18:18
- 15 017
İftar və imsakda dişlərinizi mütləq fırçalayın - Diş həkimindən XƏBƏRDARLIQ

Aznews.az Türkiyə mediasına istinadla xəbər verir ki, diş həkimi Ömər Tatlı vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, Ramazan ayında ağız və dişlərin təmizlənməsinə laqeyd yanaşılsa, susuz qalan bədən diş çürüməsinə səbəb ola bilər.
Ramazanda orqanizmin susuz qaldığını, tüpürcək ifrazının çox az olduğunu ifadə edən həkim tüpürcək çatışmazlığından ağızda turş mühitin əmələ gəldiyini və bunun da diş çürüməsini artırdığını bildirib.
Diş həkiminə görə, Ramazan ayı başlamazdan əvvəl köhnə protezlərin yenilənməsi, plombların təzələnməsi və boşluqların təmizlənməsi mütləq lazımdır. Ramazan ayında rutinimizə uyğun olaraq gündə iki dəfə dişləri fırçalamaq zəruridir.
Məlumdur ki, ramazanda iki dəfə yemək yeyilir. İftar və imsak. Təəssüf ki, iftar və imsakda turşulu, şirin yeməklər yeyilir ki, bu da çürük riskini artırır. Odur ki, iftar və imsakdan dərhal sonra dişlərimizi fırçalamağa çox diqqət yetirməliyik. Xüsusilə imsakda yatmazdan əvvəl dil təmizliyi və protezlərin təmizlənməsi mütləqdir.
“Ağız qoxusuna diqqət edək”
Ramazanda bir başqa problemin də uzun müddət susuzluqdan yaranan ağız qoxusu olduğunu ifadə edən diş həkimi, “Qoxu Ramazan ayında çox tez-tez qarşılaşdığımız problemdir. Ramazanda tox qalmaq üçün imsakda yeyilən pendir, süd, yumurta kimi qidalar ağız quruluğuna səbəb ola bilər. Ancaq uzun müddət susuz qalmaq tüpürcək quruluğu səbəbindən ağız qoxusuna da səbəb ola bilər. Bu zaman ağız baxımı üçün ağız qarqaraları edilir. Xüsusilə spirtsiz florlu ağız qarqaralarına üstünlük verilir ki, bu da diş çürümələrinin qarşısını alır. Bu cür ağız qarqaraları ilə ağız qoxusunun qarşısını ala bilərik", - deyə söyləyib.
Nuray
AzNews.az