- Maraq dairəsi
- 4 May 2023 16:16
- 13 317
Hubble Kosmik Teleskopu "qeyri-adi parlaq" qalaktikaları aşkar edib
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Hubble Kosmik Teleskopu bir-biri ilə qarşılıqlı əlaqədə olan "qeyri-adi parlaq" qalaktikaların fotoşəkillərini çəkib.
NASA-dan verilən açıqlamada, çoxluqlar halında bir-birinə təsir edən qalaktikaların mərkəzindəki kiçik bir bölgədən çox yüksək enerjinin yayıldığı və nəticədə "qeyri-adi parlaqlıq" olduğu ifadə edilib.
Qeydə alınan açıqlamada normaldan daha çox enerji yayan bu kiçik mərkəzə "aktiv qalaktika nüvəsi" (AGN) deyilir və bu parlaqlığın qalaktikanın mərkəzindəki "superkütləvi qara dəlik"dən qaynaqlandığı ifadə edilib.
Açıqlamada, bu müşahidənin AGN fizikasını, qara dəlikləri və əsas qalaktika quruluşunu araşdıran astronomlar üçün edildiyi qeyd edilərkən, AGN-lər haqqında məlumat toplusu yaratmaq istədikləri qeyd olunub.
Mövsüm
Aznews.az