İlon Mask "Twitter"in CEO vəzifəsindən istefa verib

"Twitter"in baş direktoru Elon Musk şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb.

Aznews.az xəbər verir ki, Mask bildirib ki, yeni icraçı direktor 6 həftə sonra işə başlayacaq.

Mask Twitter hesabında etdiyi paylaşımda, "Twitter" üçün yeni CEO işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Təxminən 6 həftə sonra başlayacaq" deyə qeyd edib.

Yeni CEO-dan sonra şirkətdəki rolunun nə olacağını qeyd edən Mask, rolunun İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) olacağını və məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edəcəyini bildirdi.

Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.

Mövsüm