BƏƏ kosmonavtı ad gününü kosmosda qeyd edib

Beynəlxalq Kosmik Stansiyada (BKS) olan Birləşmiş Ərəb Əmirliklərinin kosmonavtı Sultan Əl Neyadi bu gün BKS-də ad gününü qeyd edib və digər kosmonavtlarla tort kəsib.

“Kosmosda ilk ad günümü ailə saydığım həmkarlarımla qeyd etdik! Günün xülasəsi? ABŞ komandasından Round Maple Muffin tortu, Rus komandasından qatıq və quru meyvə ilə Darçınlı Çörək, ərəb diləkləri ilə tamamlanır. Həqiqətən cazibə qüvvəsinə meydan oxuyan bir şənlik idi!” ,- deyə Əl Neyadi qeyd edib.

Qeyd edək ki, bu ilin mart ayında BKS-ə gələn Əmirlik astronavtı Sultan Əl Neyadi (41) daha əvvəl Fitr bayramı ilə əlaqədar kosmik stansiyadan video bayram mesajı paylaşmışdı.

Mövsüm

Aznews.az