Çinin yeni taikonavt heyəti kosmosa çatıb

Çin kosmik stansiyaya yeni taikonavt komandası göndərib. Taykonavtların stansiyada 5 ay xidmət edəcəyi gözlənilir. Stansiyaya 3 nəfərlik komandanın gəlməsi ilə eyni anda Yer orbitində olan insanların sayı 17-yə yüksələrək rekord qırıb.

Aznews.az xəbər evrir ki, Kosmik gəmi Çinin Ciuquan peyk buraxılış mərkəzindən buraxılıb. Üç taikonavt Yer orbitində Çinin Tianqonq Kosmik Stansiyasında xidmət edəcək.

Kosmik stansiyada 5 ay xidmət edəcək komandaya ilk dəfə mülki şəxs daxil edilib.

Aerokosmik mühəndislik professoru Gui Hayçao 2 taikonavtla ümumi nisbilik təcrübələri və məkan-zaman tezlik testləri aparacaq.

Mövsüm